Ukraynanın eks-baş nazirinin azad ediləcəyi tarix açıqlanıb
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko aprelin 28-də azadlığa çıxa bilər. Bu haqda Y.Timoşenkonun silahdaşı, bu yaxınlarda prezident Viktor Yanukoviç tərəfindən əfv edilərək azadlığa buraxılan sabiq DİN rəhbəri Yuri Lusenko açıqlama verib.
Lusenko "Twitter"dəki mikrobloqunda Ştefan Füle (Avropa İttifaqının komissarı) ilə telefon söhbəti etdiyini bildirib: "Ştefan Füle mənə dedi ki, V.Yanukoviç aprelin 28-də Yuliya Timoşenkonu azadlığa buraxmalıdır".
Qeyd edək ki, dünən Ukrayna müxalifət fraksiyasından olan qadın xalq deputatları Viktor Yanukoviçə sabiq baş nazir Yuliya Timoşenkonun azad olunması haqda ərizə təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB