57 tələbə həbs olundu

Türkiyənin İstanbul Universitetinin tələbələri arasında qarşıdurma baş verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, universitetin iki fakültəsinin tələbələri arasında düşən mübahisə davaya çevrilib. Polisin hadisəyə müdaxiləsi nəticəsində tələbələr arasındakı dava sona çatıb. 57 tələbə həbs olunaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, qarşıdurma zamanı bir neçə polis məmuru və tələbə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə