Çinin Hubey əyalətinin Senyan şəhərində oteldə baş verən güclü yanğın 11 nəfərin ölümünə səbəb olub. SİA-nın məlumatına görə, yanğın nəticəsində daha 50 nəfər yanıq xəsarətləri alıb. Həkimlər yaralıların bəzilərinin vəziyyətini ağır olaraq qiymətləndirdiyindən, yanğın qurbanlarının sayının artacağı istisna edilmir.
Polisin məlumatına görə, yanğın əvvəlcə internet-kafedə başlayıb, daha sonra yaxınlıqdakı otel binasına yayılıb. Qısa vaxt ərzində otelin 50 otağından 42-sini alov bürüyüb. Otel işçiləri və müştərilər evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB