Üsyançıların lideri prezident seçildi

Üsyançıların lideri prezident seçildi

Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" təşkilatından olan üsyançıların lideri Mişel Cotodiya ölkə prezidenti seçilib. SİA-nın məlumatına görə, onun dövlət başçısı vəzifəsinə təyin olunması barədə qərar Milli Keçid Şurası (MKŞ) tərəfindən yekdilliklə qəbul olunub.

MKŞ-ya siyasi və ictimai təşkilatları təmsil edən 105 nümayəndə daxildir.

Mişel Cotodiyaya yaxın 18 ay müddətində seçkilər keçirmək həvalə olunub. O həmçinin təkrar seçilməsi üçün öz namizədliyini irəli sürməyəcəyinə söz verib. "Mən siz deyənləri edəcəm və özbaşınalığa yol verməyəcəm", deyə Mişel Cotodiyaya qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə