"Dəmir ledi"nin ölümünü bayram etdilər FOTO

"Dəmir ledi"nin ölümünü bayram etdilər FOTO

Londonun mərkəzində Marqaret Tetçerin ölümü bayram edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, London polisi Böyük Britaniyanın keçmiş baş-naziri Marqaret Tetçerin ölümünü bayram edən ən azı 9 aksiya üzvünü həbs edib.

SİA-nın xəbərinə görə, Trafalqar meydanında aksiya iştirakçıları arasında keçmiş şaxtaçı, solçu hərəkatların fəalları və tələbələr olub. Onlar özləri ilə keçmiş baş-nazirin müqəvvasını gətiriblər və onun ətrafında mahnılar oxuyaraq rəqs ediblər. Aksiya sosial şəbəkələr vasitəsi ilə planlaşdırılıb.

Qeyd edək ki, Marqaret Tetçer bir neçə gün əvvəl 87 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə