Baş nazir vəzifəsindən getmək istəmir

Baş nazir vəzifəsindən getmək istəmir

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbədənkənar parlament seçkiləri keçirilərsə, o baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyə hazır olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq üç dəfə İtaliyanın baş naziri olmuş siyasətçi əlavə edib ki, iyun ayında seçkilər baş tutsa, onda o, "azadlıq koalisiyası"nın lideri və Nazirlər Şurasının sədri kimi yenidən öz namizədliyini irəli sürəcək.

Berluskoni onu da qeyd edib ki, sonuncu parlament seçkilərindən 50 gün keçsə də, ölkədə indiyənədək hökumət formalaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə