ABŞ-ın sanksiya tətbiq etdiyi məmurlar arasında bakılı var

Ağ Ev 18 nəfərin Birləşmiş Ştatlara girişinə qadağa qoydu
ABŞ-ın sanksiya tətbiq etdiyi məmurlar arasında bakılı var

Bir qədər əvvəl ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı məmurların siyahısı ("Maqnitski siyahısı") açıqlanıb. Məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyinin saytında yerləşdirilən siyahıda yer alan 18 nəfərin Birləşmiş Ştatlara girişinə qadağa qoyulub. Siyahıda yüksək rütbəli məmur yoxdur. Büdcə vəsaitlərinin mənimsənilməsi cinayət sxeminin iştirakçılarından ibarət "Maqtinski siyahısı"əsasən müstəntiq, hakim və ədliyyə işçilərini əhatə edir.

Siyahı açıqlanmazdan bir qədər əvvəl Frans Press agentliyi öz mənbələrinə istinadən məlumat yaymışdı ki, siyahıda rusiyalılarla yanaşı, Ukrayna, Azərbaycan və Özbəkistan vətəndaşları da var. Lakin siyahı açıqlanandan sonra məlum oldu ki, söhbət onların vətəndaşlığından yox, harada anadan olmasından cedir. Məsələn, siyahıda adı olan müstəntiq Artyom Kuznetsov Bakıda anadan olub, sonradan Rusiyaya köçüb və hazırda Rusiya vətəndaşıdır. O, "Maqnitski işi"ni aparan istintaqçılardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə