Böyük 8-lər Şimali Koreyaya qarşı?

Böyük 8-lər Şimali Koreyaya qarşı?

Böyük 8-lər ölkələrinin xarici işlər nazirləri London görüşündə Şimali Koreyanın nüvə və raket proqramını kəskin pisləyib. SİA-nın verdiyi məlumata görə, böyük dövlətlərin qatıldığı toplantıda rəsmi Pxenyandan təxribat və hədədən çəkinmək tələb olunub.

Nazirlər bildiriblər ki, əgər Pxenyan yeni raket sınağı keçirsə ona qarşı sanksiyalar daha da kəskinləşdirilə bilər.

Görüşdə həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, böyük 8-lər ölkələrinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada və Rusiya daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə