İrandan Suriyaya uçan təyyarə İraqda saxlandı

Hüquq-mühafizə orqanları Bağdada endirilən təyyarədə axtarış aparıblar
İrandan Suriyaya uçan təyyarə İraqda saxlandı

İraq tərəfi İran təyyarəsini Bağdadda enişə məcbur edib. SİA-nın verdiyi məlumata görə, xəbəri Türkiyə mətbuatı yayıb. Təyyarə Suriyaya uçurmuş. İraqın baş nazirinin rəsmi nümayəndəsi Əli əl-Musəvinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz silah daşınması şübhəsi ilə təyyarənin göyərtəsində axtarış aparsalar da, heç nə tapmayıblar.

Qeyd edək ki, son üç gündə İraq tərəfi iki İran təyyarəsini saxlayıb. Ötən ay ABŞ-ın dövlət katibi Con Kerri İraq hökumətinə Tehranın Bəşər Əsəd rejimini silahla təmin etməsinin qarşısının alınmasına səy göstərilməsi xahişi ilə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə