Koreya yarımadasında vəziyyət günbəgün daha da gərginləşir. Çin Şimali Koreya ilə sərhədlərini bağlamaq qərarına gəldiyini bəyan edib. Cənubi Koreya ilə Şimali Koreya arasında birgə sənaye zonası olan Kesonda da iş dayandırılıb.
Şimali Koreya əvvəlcə cənubi koreyalı işçilərin zonaya girməsini qadağan etmişdisə, indi də şimali koreyalı işçilər sənaye zonasında işə çıxmırlar.
Bu arada, Cənubi Koreya Çin və Rusiyaya müraciət edərək, Şimali Koreyanın qarşısını almaqda kömək istəyib. Cənubi Koreyanın xarici işlər naziri Yun Ben Se adıçəkilən ölkələri Şimali Koreyanın bundan sonrakı hərbi təxribatlarının qarşısını almağa çağırıb. Seul Moskva və Pekini sıx əməkdaşlığa dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB