İrəvanda müxalifət lideri Raffi Ovannisyanın tərəfdarlarının yürüşü zamanı polislə toqquşmalar baş verib. Panorama.am-a istinadən verilən məlumata görə, aksiya iştirakçıları prezident iqamətgahına doğru irəliləmək istəyiblər. Lakin Baqramyan prospekti polis tərəfindən bağlanıb. Müxalifətçilər polis əməkdaşlarını daşqalaq ediblər.
Toqquşmalar zamanı "İrs" partiyasının sədr müavini Armen Martirosyan ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
A1+ telekanalının məlumatına görə, güc strukturları xəbərdarlıq ediblər ki, adığılışmasalar aksiya iştğirakçılarına qarşı xüsusi vasitələrdən istifadə ediləcək. Son məlumata görə, Raffi Ovannisyanın tərəfdarları prezident iqamətgahına hücum niyyətindən daşınıblar.
Müxalifət növbəti mitinqi aprelin 12-si saat 18.00-a təyin ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB