ABŞ prezidenti Barak Obama İngiltərənin ilk qadın baş naziri "dəmir ledi" ləqəbli Margaret Tetçerin vəfatından kədərlənərək başsağlığı verib. Obama yazılı açıqlamasında ABŞ-ın gerçək bir dostunu itirdiyini ifadə edib. "Müstəqillik və azadlıq çempionu" adlandırdığı "dəmir ledi"nin sadə bir baqqal ailəsindən ölkənin ilk qadın baş naziri vəzifəsinə qədər ucalmasını qız uşaqları ücün bariz nümunə olduğunu xüsusi vurğulayıb.
Obama həyat yoldaşı Mişel Obama ilə Tetçer ailəsinə və bütün Böyük Britaniya vətəndaşlarına kədərlərini təqdim etdiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB