FEMEN üzvləri Putini "isti" qarşıladılar

FEMEN üzvləri Putini "isti" qarşıladılar

Rusiya prezidenti Vladimir Putinin Almaniya səfəri çox "isti" keçib. SİA-nın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Putin Almaniyanın federal kansleri Angela Merkellə Wolksvagen zavodunda istehsal olunmuş yeni markalara tamaşa edən zaman məşhur FEMEN üzvləri yarıya qədər soyunaraq dövlət rəhbərlərinin olduğu yerə hücum çəkiblər.

Maneələri aşaraq Putinə doğru qaçan yarıçılpaq qızlar onun ünvanına ingilis dilində lüğətdənkənar sözlər deyiblər. Şəkildən də göründüyü kimi Merkel və yanında olan dövlət adamları hadisədən şoka düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə