İsrailin Baş Naziri Binyamin Netanyahu , Qüdsdə Yad Vashem Muzeyində "Yəhudi soyqırımı qurbanları"-nın anma mərasimində cıxış edib. Çıxışında o, dünya ictimaiyyətinin İranın nüvə proqramına son verməsi üçün göstərdiyi səyləri bəyəndiklərini, "lakin İsrailin taleyini ən yaxşı dostlarına belə həvalə etməyəçəklərini" bildirib.
Netanyahu: "İranlı liderlər İsrailin Yaxın Şərqdə zərərverici "xərçəng şişi" olduğunu deyirlər. Onun kəsilib atılmasını məsləhət görürlər. Bu ifadələrin dilə gətirilməsi hələ də yəhudi xalqına olan düşmənçiliyə son qoyulmamasını göstərir. Nifrətin ən yüksək həddindədir", - deyib.
İsrail prezidenti Şimon Peres də çıxışında iranlı liderləri qınadığını ifadə edib. Onların hərəkətlərinin olduqca gülünc, amma gülünc olduğu qədər də təhlükəli olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB