Bu gün Ceki Canın ad günüdür

Bu gün dünyanın ən çox tanınmış döyüş ustalarından və aktyorlarından biri olan Ceki Canın ad günüdür. Ceki Can Honkonqda çox kasıb ailədə dünyaya gəlib. O, "Pekin operası" adlı məktəbdə təhsil alıb. Canın ilk uğurlu layihəsi "Sərxoş müəllim" filmi olub. Bu film çox populyarlıq qazanıb ve Cekinin uğurlarının başlanğıcı olub. Bundan sonra onu çəkildiyi 130 film daha da məhşurlaşdırır.

Karyerasında uğur qazanmaqla bərabər, Can şəxsi həyatını da unutmur. O, 1983-cü il dekabrın 1-də tayvanlı aktrisa Liin Fen Szyao ilə evlənir. Aktyorun 1984-ci il dekabrın 3-də Can Co-Min adlı oğlu dünyaya gəlib. 1999-cu il 19 noyabrda ise aktyorun Ou Cok Lam adlı qızı doğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə