“Amerika hökuməti “erməni soyqırımı” faktını tanımayıb”

Pax Turcica İnstitutunun üzvü orta məktəb proqramına “erməni soyqırımı”nın daxil edilməsi barədə qanun layihələrini şübhə altına alır
“Amerika hökuməti “erməni soyqırımı” faktını tanımayıb”

Amerikanın Nyu-Cersi ştatında nəşr edilən "Central Jersey" qəzetində Pax Turcica İnstitutunun üzvü Filomena lorio-Tasolukun müraciəti dərc olunub. Müraciətdə o, bəşəriyyətə qarşı cinayətlərin, o cümlədən Holokost, Srebrenitsa və Ruanda soyqırımlarının öyrənilməsi barədə ştatın qanunlarını alqışlayır. Müraciətin müəllifi 1949-cu ildən qüvvədə olan orta məktəb proqramına "erməni soyqırımı"nın daxil edilməsi barədə ştatın Nümayəndələr Palatasının 176 nömrəli və Senatın 47 nömrəli qanun layihələrini şübhə altına alır.

Müraciətdə deyilir ki, soyqırımı cinayətinin qarşısının alınması və bu cinayətə görə cəza verilməsi haqqında BMT-nin 1948-ci il tarixli konvensiyasının tələb etdiyi fakt - Osmanlı imperiyası dövründə ermənilərin qırılması faktı müəyyən edilməyib. Bundan başqa, Birləşmiş Millətlərin Beynəlxalq Məhkəməsi "soyqırımı" termininin tətbiqinin müəyyənləşdirilməsi üzrə BMT-nin əsas orqanı kimi "erməni soyqırımı" işinə başlamayıb və bu barədə heç bir rəy verməyib.

Daha sonra deyilir ki, Amerika hökuməti "erməni soyqırımı" faktını tanımayıb. Məktubun müəllifi, həmçinin qeyd edir ki, 1914-1922-ci illərdə 523.955 türk, kürd, azərbaycanlı və digər müsəlmanlar Anadoluda və Qafqazda başqa dövlətlərin ərazilərində özlərinə dövlət yaratmağı planlaşdıran erməni millətçilərin silahlı dəstələri tərəfindən qətlə yetirilib. Məktubun müəllifi buradan belə qənaətə gəlir ki, əgər Senatın və Nümayəndələr Palatasının qanun layihələrində "erməni soyqırımı"nın sübuta yetirilmədiyi göstərilirsə, deməli, bu layihələrə eyni zamanda türklərin kütləvi qətlləri barədə müddəa da daxil edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə