Hollandiyada məscidə hücum

Hollandiyada bir məscidə molotov kokteylli hücum nəticəsində tikili yararsız vəziyyətə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollandiyanın Enkhuizen bölgəsində yerləşən və bölgədə yaşayan türklər tərəfindən ibadət üçün istifadəyə verilən Ələddin Məscidinə molotov kokteylli hücum nəticəsində şiddətli yanğın baş verib. Yanğın baş verən anda cammatın içəridə olmaması səbəbindən ölən və yaralanan olmayıb. Yanğın bölgə yanğınsöndürənləri tərəfindən söndürülüb.

Baş verən hadisə ilə əlaqədar olaraq polis geniş araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə