Məşhur Hollivud aktyoru azadlıqda

Uesli Snayps həbsdən buraxıldı
Məşhur Hollivud aktyoru azadlıqda

Məşhur Hollivud aktyoru Uesli Snayps azadlığa çıxıb. Cəza müddətinin qurtarmasına 3 ay qalmış 50 yaşlı məşhur aktyorun həbsi ev dustaqlığı ilə əvəz lənib.

Aktyor 1999-2004-cü illərdə 2,7 milyon dollar vergidən yayınan Uesli Snayps 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu günə qədər "Bleyd", "Dağıdıcı", "Fanat", "Detanator", "Sərnişin-57" və s. filmlərdə baş rolda çəkilən Uesli Snayps Hollivudun məşhur simalarından sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə