Gürcüstanda etiraz əlaməti olaraq 200-dən artıq əsgər xidmət etdikləri hərbi hissəni tərk ediblər. SİA gürcü mətbuatına istinadən xəbər verir ki, əsgərlərin hərbi hissəni tərk etmələrinə səbəb komandirin tualetlərin təmizlənməsi ilə bağlı tapşırığı olub. Əsgərlər bəyanatda: "Hərb işini öyrənməyə gəlmişik, tualet təmizləməyə yox", -deyə bildiriblər.
Etirazçı əsgərlər 15 km yolu piyada getdikdən sonra evlərinə doğru istiqamətləniblər. Hərbi strukturlar isə əsgərlərin komandirə qarşı çıxaraq onun əmrinə tabe olmamaları və hərbi hissəni tərk etmələrini qeyri-qanuni hesab ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB