ABŞ-ın müdafiə planları

Amerika Şimali Koreyanın nüvə təhlükəsinə qarşı Guamda raketdən müdafiyə sistemi yerləşdirir

"Reuters"-in yaydığı məlumata görə Amerika Birləşmiş Ştatları tezliklə Guam adalarına Şimali Koreyanın nüvə təhlükəsinə qarşı raketdən müdafiyə sistemi göndərəcək.

Cənubi Koreyanın Ypnhap xəbər agentliyi Şimali Koreyanın orta mənzilli Musudan raketini ölkənin şərq sahillərində yerləşdirdiyi xəbərini yayıb.

Şimali Koreyanın həqiqətən raketi istifadə edəcəyi və ya sadacə öz gücünü nümayiş etdirmək üçün raketi şərq sahillərində yerləşdirdiyinin aydın olub olmadığını söyləyən Cənubi Koreya hökumət mənbəsi, Şimali Koreyanın hələ də iki ölkənin birgə işlətdikləri sənaye kompleksinə girişi qadağan etdiyinə və Seulun onu təhqirə davam edəcəyi təqdirdə sənaye kompleksini tamamilə bağlayacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə