Ümumerməni Gənclər Hərəkatının nümayəndələri 9 aprel tarixində "Saxtalaşdırılan seçkilərin nəticələrinə görə "qələbə qazanan" namizəd prezident elan oluna bilməz" şüarı ilə tələbə tətili keçirmək niyyətindədir.
Bu barədə Ermənistan KİV-i məlumat verir.
Tələbələr aprel ayının 9-da, saat 09:00-da Yerevan Dövlət Universitetinin əsas binasının qarşısında yığışaraq, yürüşü "Azadlıq" meydanında yekunlaşdırmaq niyyətindədirlər.
"Xatırladaq ki, tələbə aksiyası - hər bir tələbənin haqqıdır və qanunla qadağan olunmur. Əgər tələbələrə hər hansı təzyiq, xəbərdarlıq və təhdidlər edilirsə, xahiş edirik, bizə müraciət edəsiniz. Bizim hüquqşünaslar sizin hüquqlarınızı qoruyacaq", - hərəkatın bəyanatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB