Fransa hökuməti korrupsiya qalmaqlı ilə bağlı siyasi böhranın içindədir. Keçmiş büdcə naziri Jerom Kauzak-ın İsveçrə banklarında gizli hesabının olduğunu etiraf etməsi və kabinetdən bir neçə nazirin də bu qalmaqalda adının bu qalmaqalda adının hallanması hakim sosialist partiyasına qarşı sərt təpkilərə səbəb olub.
Bundan əvvəl 3 dəfə rəsmi şəkildə korrupsiya və bank hesabları ilə bağlı ittihamları təkzib edən Kauzakın 4 dəqiqəlik səs yazısı ölkənin siyasi gündəminə damğasını vurub. "Mediapart" xəbər portalının yaydığı səs yazısında keçmiş nazir 2001-ci ildən bəri topladığı 600 min avro dəyərindəki pulunun İsveçrə banklarıdna olduğunu bildirib.
Siyasi qalmaqalla bağlı martın 19-da istefa verən nazirin bu etirafı prezident Fransua Ollandın nüfuzuna və hökumətin fəaliyyətinə də təsirsiz ötüşməyib. Başda əsas müxalfəti partiyasının lideri Jan Fransua Kope olmaqla bütün sağçı müxalifət, o cümlədən tərəfdarları kabinetdə dəyişikiliklər tələb edir.
Ollandın sağ əli sayılan maliyyə naziri Pyer Moskovisinin vaxtıli Kauzakı müdafiə etməsi Fransa prezidentini işini çətinləşdirib. Mart ayının sonunda aparılan rəy sorğularına əsasən Ollandın reytiqlə xeyli dərəcədə geriləyib. Hələlik kabinetdə siyasi qeyri-müəyyənlik davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB