Hindistanda kəndin ağsaqqalları qızı cəzalandırmaq üçün saçlarını qırxdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı qız məhz gözəl olduğundan əmisi tərəfindən qaçırılıb, qız kəndə qayıtdıqda isə kənd ağsaqqalları onun saçlarını kütlə içərisində qırxdırıb. Yaşlıların qarşısında saçları qırxılarkən izdihamdakı kişilərin də təhqir etdiyi qız hadisədə heç bir günahının olmadığını bildirib və sarsıldığını deyərək hönkürtü ilə ağlayıb.
Əmisinin onu zorla qaçırdığını deyən qıza kənddə heç kim inanmayıb. Hadisə barədə məlumat alan polis 16 nəfəri həbs edib, 3 nəfər isə axtarışdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB