Paytaxtı sel aparıb

Argentinanın paytaxtı Buenos-Ayresdə yağan yağışdan sonra yaranan sel nəticəsində 5 nəfər həyatını itirib. SİA türk mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında yağmağa başlayan yağış nəticəsində Belgrano, Villa Urquiza, Nunez qəsəbələrindəki evlərin zirzəmisinə su dolub. Paytaxtın ətraf şoseləri Richieri, General Baz və Acceso Norte su altında qaldığından metro və qatar səfərləri təxirə salınıb. Şəhərin 78%-nə elektrik verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə