Polisi aldadan qız həbs olunub
Polisə 1 aprel zaraftı

ABŞ-ın Vircinya ştatında gənc qız "1 Aprel" zaraftı etmək üçün polisə zəng edərək restoranın soyluduğunu bildirib.

Hampton şəhərindəki "Waffle House" adlı restoranda çalışan Susan Aleksandr Tinker, səhər saatlarında polisə zəng edərək iş yerinin soyulduğunu bildirib.

Tinkerin xəbərini alan Hampton polisi, restoran və ətrafında əməliyyata başlayıb. Lakin təhlükəsizlik kameralarından məlum olub ki 20 yaşlı Tinker yalan danışıb.Nəticədə isə qız yanlış məlumta verdiyi üçün polis tərəfindən həbs olub.

Bütün xəbərlər Facebook səhifəmizdə