Kiprin maliyyə naziri Mixalis Sarris istefa verib.
Prezident Nikos Anastasiadis nazirin istefasını qəbul edib.
İstefaya səbəb Sarrisin ölkənin hazırkı maliyyə problemlərini araşdıran komissiyanın fəaliyyətinə kömək etmək istəyi göstərilir.
Dünya Bankının keçmiş iqtisadçısı olan Mixalis Sarris 2005-2008-ci illərdə Kiprin maliyyə naziri olub. Ölkənin hazırkı hökumətində isə cəmi 37 gün çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB