Suriyada ən qanlı aylardan biri arxada qalıb.
Suriyanın ən qanlı ayı

Amansız hərbi əməliyyat və bombardmanlara səhnə olan Suriyada ən qanlı aylardan biri arxada qalıb.

Suriya İnsan Haqları müşahidə qrupunun hesablamalara görə, 2013-cü ilin martı Suriyada ən qanlı ay olub. Təkcə bu ay ərzində ölkədə 6 mindən artıq insan həlak olub. Ölənlərin 1/3-i dinc insanlardır, 300 nəfəri isə uşaq olub.

Rəsmi məlumata əsasən, Suriyada müharibə başlandığı dövrdən bu günə qədər rəsmi qeydiyyata alınmış 62 554 nəfər insan həlak olub. Lakin hüquq-müdafiə təşkilatları iddia edirlər ki, ölənlərin real sayı 100 mindən artıqdır.

BMT-nin hesablamalarına görə isə Suriyada 2011-ci ilin mart ayından bu günə qədər 70 mindən çox insan həlak olub. Bununla yanaşı münaqişələr zamanı həlak olan 2 minə yaxın müxalif üzvünün kimliyi müəyyənləşdirilməyib. Onların muzdlu əsgərlər ola biləcəyi də istisna olunmur.

Son 24 saat ərzidə isə qanlı döyüşlər 130 nəfərin həyatına son qoyub. Əsəd qüvvələri və üsyançılar arasında döyüşlər Hələb, Hums və Dəməşqin ətraf rayonlarında qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə