“Serj Sarkisyanın hakimiyyəti süqut ərəfəsini yaşayır”

“Serj Sarkisyanın hakimiyyəti süqut ərəfəsini yaşayır”

"Serj Sarksyanın hakimiyyəti süqut etmə ərəfəsini yaşayır". SİA-nın məlumatına görə, bunu A1+ Televiziyasının direktoru Movsesyan öz müsahibəsində Serj Sarksyanın əleyhinə radikal çıxış edərək dilə gətirib.

"Mən Ermənistanın daxili siyasətində baş verəcək hər hansısa kəskin bir prosesin baş verəcəyini gözləmirəm. Və düşünürəm ki, Ermənistanın daxili siyasətində baş verəcək parçalanma elə məhz Serj Sarkisyanın hal-hazırkı vahid komandasından başlayacaq. Serj Sarkisyanın komandası öz mövqelərindən imtina etməlidir. Mən indiki hakimiyyətin yaxın zamanlarda dağılacağına tam əminəm. Serj Sarkisyan özü bunların hamısını cox gözəl başa düşür. Demək olar ki, onun komandası artıq buna hazırlaşır. Serj Sarksyan sərbəst şəkildə islahatlar apara bilmir, bu isə onun öz əhatə dairəsindən asılılığını bir daha özündə əks etdirir", deyə direktor bildirib.

Bu proses isə Ermənistanda daxili hərc mərcliyin ən yüksək həddə olmasını düşünməyə əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə