Qadınlara velosiped sürmək hüququ verildi

Qadınlara velosiped sürmək hüququ verildi

Səudiyyə Ərəbistanında qadınlara velosiped sürmək hüququ verildi. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanlığı hökumətinin sərəncamına əsasən, zərif cinsin nümayəndələri, velosiped və motosiklet idarə edə bilər.

Lakin, onlar bir neçə şərtlərə əməl etməlidir. Məsələn, velosiped idarə edən xanımlara idman geyimi geymək hüququ verilmir, belə ki, onlar yalnız hicaba bükülmüş qaydada olmalıdır.

Qayadalar bununla bitmir, bundan əlavə, qadınlar velosiped idarə etdiyi zaman, onu həyat yoldaşı və ya yaxın qohumu olan kişi müşayiət etməlidir.

Qeyd edək ki, onlar bu nəqliyyat vasitəsilə, kişilərin minimal dərəcədə az olduğu xüsusi ayrılmış sahələrdə gəzinti edə bilərlər.

Bununla yanaşı xüsusi xidmət əməkdaşları nəqliyyat istifadəcilərini izləyəcək. Qanunlara əməl olunmadıqda və ya islam əxlaq normalarını pozduqda, həmin şəxslər polisin müəyyən etdiyi qaydada cəzalandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə