Sərhəddə 75 avtomobil toqquşdu

Sərhəddə 75 avtomobil toqquşdu

ABŞ-ın Verciniya ştatında baş verən zəncirvari qəzada 3 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ştat polisi Verciniya və Kaliforniyanın şimal sərhəddində, ştatlar arası avtoyolda 75 avtomobilin toqquşduğunu deyib. Nəticədə ölənlərlə yanaşı 20-dən çox insan xəsarət alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hava dumanlı olduğundan əks istiqamətlərdə hərəkət edən avtomobillər toqquşub və hadisə 75 avtomobilin toqquşması ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə