"YouTube" bağlanır

"Google" şirkəti istifadəçiləri ilə zarafat edib və onlara "YouTube" portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb. SİA-nın məlumatına görə, şirkətdən bildirilib ki, aprelin 2-də gecə yarısı "YouTube" portalı fəaliyyətini dayandıracaq: "Bu növbəti il ərzində yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirmək məqsədilə edilir".

Bundan başqa, "Google" istifadəçilərini sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki bütün videolar silinəcək.

Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edib.

Qeyd edək ki, hazırda "YouTube" nin auditoriyası 1 milyard nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə