Martın 30-da yerli vaxtla 20:30 radələrində naməlum şəxs məşhur Eyfel qülləsinin rəhbərliyinə zəng edərək terror aktı törədilməsi məqsədilə qülləyə bomba qoyulduğu barədə xəbər verib. SİA-nın məlumatına görə, anonim zəngdən sonra dərhal qüllədə və ətrafda olan 1500-dən artıq turist yaxınlıqdakı Mars Çöllərində təhlükəsiz yerə köçürülüb.
Hadisə yerinə çağırılan terrorizmə qarşı dəstə ciddi axtarış aparsalar da, qüllədə hər hansı partlayıcı maddə tapmayıb. Qüllə bomba həyəcanından bir saat sonra yenidən turistləri qəbul etməyə başlamışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB