İngiltərə və Dubayda sürgen həyatı yaşadıqdan sonra ölkəsinə dönən Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə ölkəni tərk etmək qadağan edilib, - "haber7".
Haqqında irəli sürülmüş ittihamlarla əlaqədar başlanan məhkəmədə iştirak etmək üçün Müşərrəf ötən gün Karaçi Ali Sindx Məhkəməsinə gəlib.
Məhkəmənin ilkin qərarı ilə ona ölkəni tərk etmək qadağan edilib. Qərar Müşərrəfin vəkillərinin etirazı ilə qarşılanıb.
Eyni zamanda məhkəmədə iştirak edən Müşərrəf əleyhidarları onu diktator adlandırıb və asılmasını tələb edib. bu zaman etirazçılardan biri Müşərrəfə ayaqqabısını da atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB