Gürcüstan Prokurorluğu tanınmış müğənni Soso Pavliaşviliyə qarşı cinayət işi açıb. SİA-nın gürcü mətbuatına istinadən məlumatına görə, o, 2012-ci ilin noyabr ayında gürcü iş adamının qətlində iştirak etməkdə şübhəli bilinir.
S.Pavliaşvilinin "Mersedes ML" markalı avtomobilində ölü tapılan 43 yaşlı Avtandil Aduaşvilinin müğənni ilə yaxın münasibətdə olduğu bildirilir. Aparılan tədqiqatların nəticəsi onu göstərir ki, qətl müğənni tərəfindən sifariş verilib.
Qeyd edək ki, cinayətdə şübhəli bilinən müğənnin bacısının həyat yoldaşı da daxil olmaqla, altı nəfər həbs olunub.
Məlumat üçün bildirək ki, S.Pavliaşvili hazırda Moskvada yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB