Suriyada Şam Universitetinə hücum təşkil olunub. SİA türk mətbuatına istinadən xəbər verir ki, hücumda 15 tələbə həyatını itirib, onlarla insan yaralanıb. Məlumata görə, bombaların istiqaməti əsasən universitetin Memarlıq fakültəsinə yönəlib. Suriya hökuməti hücumun təşkilində müxalif qüvvələri günahlandırsa da, Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı hücumun prezident Bəşər Əsəd tərəfindən törədildiyini bildirib.
Qeyd edək ki, səlahiyyətli şəxslər ölənlərin sayının artmayacağını istisna etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB