Cənubi Kiprdə banklar 15 gün bağlı qaldıqdan sonra ötən gün saat 12:00-da açılıb. SİA məlumat verir ki, banklardan pullarını almaq üçün vətəndaşlar arasında izdiham yaşanıb. İzdihamın mərkəzində fransız olduğu iddia edilən bir nəfər Türkiyə bayrağını başının üstünə qaldıran zaman qarşıdurma baş verib. Bir qrup yunan fransızın üstünə hücum çəkib, onun əlindən bayrağı alaraq cırıb və yandırıb. Yunanıstan polisi dərhal Fransa vətandaşını həbs edib. Daha sonra məlum olub ki, fransız Türkiyə bayrağını sevdiyi üçün onu çantasından çıxararaq başının üstündə tutub. Bayrağı yandıran şəxsi həbs edən polis insanları təxribat xarakterli hərəkətlərdən çəkindirmək üçün xəbərdarlıq edib və insanların çox olduqları yerlərdə təhlükəsizlik tədbirlərini artırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB