İsrailin nümayəndə heyəti "Mavi Mərmərə" gəmisinə hücumda həlak olan 9 Türkiyə vətəndaşının ailələrinə ödəniləcək təzminat məsələsinin müzakirəsilə əlaqədar gələn həftə Türkiyəyə gedəcək. SİA türk mətbuatına istinadən xəbər verir ki, İsrailin yüksək diplomatik mənbələri bu barədə açıqlama veriblər. Mənbələr bildiriblər ki, proses İsrailin baş naziri Benyamin Netanyahunun müşavirləri Yakov Amidror ilə İzak Molho, eləcə də ədliyyə naziri Tzipni Livni tərəfindən icra ediləcək. Görüşün dəqiq vaxtı isə gələn həftə məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB