Kaliforniya ştatında Qarbis Davoyan və daha sonra Bakaryan soyadlı erməni Türkiyənin bir neçə nazirliyini və bankını 1915-ci ildə guya onların nəslinə aid olan torpaqları mənimsəyərək varlanmaqda günahlandırmış və 2010-cu ildə soyqırımın tanınması tələbini səsləndirən ermənilər bu faktla məhkəmədə iddia qaldırmışdılar. SİA türk mətbuatına istinadən xəbər verir ki, məhkəmə isə bu günlərdə qəbul etdiyi qətnamədə bu iddiaları rədd edərək onlara baxılmasının mümkün olmadığını bildirib.
Hakim Dolli Geenin qəbul etdiyi qərarda "Məhkəmə bu qədər dərin siyasi məsələni həll edə bilməz. İddia rədd edilir" deyə qeyd olunub. Hakim həmçinin qətnamədə qeyd edib ki, məhkəməyə müraciət edən ermənilərin babalarının Osmanlı vətəndaşı olması da bu iddianın rəddinə əsasdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB