Xarici işlər naziri istefa verdi

İtaliya xarici işlər naziri Culio Tersi istefa verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir bunu iki italyan dənizçisinin Hindistana verilməsi ilə izah edib: "Mən dənizçiləri Hindistana göndərməyin əleyhinə idim, lakin mənim səsim eşidilmədi. Mən dənizçilərimiz və onların ailələri ilə həmrəylik nümayiş etdirərək istefa verirəm".

Qeyd edək ki, sözügedən dənizçilər Massimilyano Latorre və Salvatore Cironeni hindistanlı balıqçıları öldürməkdə günahlandırırlar. Elə bu səbəbdən də onlar Hindistana göndəriliblər.

Məlumat üçün bildirək ki, İtaliyanın xarici işlər naziri vəzifəsini müvəqqəti olaraq baş nazir Mario Monti icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə