Gürcüstanda ikihakimiyyətlilik...

Ölkə parlamenti prezidentin hüquqlarını məhdudlaşdırmağa çalışır
Gürcüstanda ikihakimiyyətlilik...

Mixeil Saakaşvili Gürcüstan parlamentinin ölkə prezidentinin hüquqlarını məhdudlaşdırmağa səy göstərdiyi barədə bəyanat verib. O, bu bəyanatı parlament onun nazirlər kabinetini təyin etmək hüququna məhdudiyyətlərin tətbiq edilməsinə dair ölkə konstitusiyasına düzəlişləri təsdiqlədikdən sonra səsləndirib.

Dəyişikliklərə əsasən, prezident 3 dəfə parlament tərəfindən rədd olunan nazirlər kabinetini parlamentin buraxılmasından sonra təyin edə bilməz. Həmin dəyişikliklərə görə, prezident may ayından başlayaraq oktyabrda keçiriləcək prezident seçkilərində qalib gələn namizədin inaqurasiya mərasiminədək parlamenti buraxmaq hüququndan istifadə edə bilməyəcək. Dəyişikliklər Saakaşvili tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə