PKK-çılar Türkiyəni tərk etməyə başladı

Abdulla Öcalanın "sərhəd xaricinə çəkilin" çağırışının ardından PKK-dan konkret addım gəldi
PKK-çılar Türkiyəni tərk etməyə başladı

İmralı görüşləri ilə başlayan prosesdə qaçırılan dövlət vəzifəlilərinin sərbəst buraxılmasının ardından PKK ikinci konkret addım da atıb. İqlim şərtlərinin uyğun olduğu sərhədə yaxın bölgədə sığınan PKK-çı qrup Öcalanın Diyarbəkirdə Novruz şənliklərində açıqlanmış mesajında yer almış "sərhəd xaricinə çəkilin" çağırışını yerinə yetirib.

Hakkari və Şırnak çölünə sığınmış təxminən 100 nəfərlik qrup ötən gün sərhədi aşaraq Şimali İraqa keçib. PKK-çıların Türkiyə-İraq sərhədinə ən yaxın bölgələr olan Zap və Hakurkdakı PKK düşərgələrinə getdiyi bəlli olub.

PKK-nın Qəndil dağlarında mənzillənmiş qərargahının təlimatı ilə sərhəd kənarına çəkilən qrupun xüsusilə Şimali İraq sərhədinə yaxın bölgədə sığınan PKK-çılardan meydana gəldiyi ifadə edilir. Seçilən qrupun hərbi bazaların sıx olduğu Çuxurca və Şəmdinlidəki Aktütün, Dərəcik, Ulaşan və Gəlişən bölgələrinin çölündə sığınmış PKK-çılar olduğu məlum olub. Bu qrupun, hərbi birliklərlə qarşılaşıb qarşıdurmaya girmə riskinə qarşı bölgədən çəkildiyi aydın olub.

Türkiyə sərhədləri içində təxminən 2 min PKK-çının olduğu təxmin edilir, ağır iqlim şərtlərinin davam etdiyi yüksək sahələrdə qış mənzillənməsində olan PKK-çılara da Qəndildən təlimat göndərildiyi bəlli olub. Qəndil bu qruplara "sığınacaqdan çıxmayın müvafiq prosesləriı gözləyin" təlimatı verib.

Bu bölgələrdə olan PKK-çılar da yaya doğru mərhələli olaraq Şimali İraqdakı düşərgələrə keçəcək. PKK-çıların əsasən Qəndilə buradakı sıxlıq çox olacağı təqdirdə isə Suriyadakı Qamışlı bölgəsinə gedəcəyi öyrənilib. Çəkilmə mərhələsində üst səviyyə PKK-çıların isə Qəndildə qalacağı və prosesi buradan izləyəcəyi deyilir.

Türkiyənin "Akşam" qəzeti xəbər verir ki, Novruz ərəfəsində hər gün Şimali İraqdakı PKK düşərgələrini bombalayan reaktivlər təyyarələr dünən isə "nəzarət" uçuşu üçün havalanıb. PKK-nın sərhəd xaricinə çəkilməsi müddətində reaktivlərin "fövqəladə hərəkətləri" təsbit edə bilmək üçün davamlı sərhəd bölgəsində uçuş edəcəkləri bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə