Şimali Koreya mətbuatı ABŞ-a raket zərbəsinin endirilə biləcəyinə dair xəbər yayıb. "Agence France-Presse"in xəbərinə görə, dövlət mətbuatında yayımlanan xəbərdə raket zərbəsinin ABŞ-ın quru hissəsinə, eyni zamanda Havay və Quam adalarına endirilə biləcəyi vurğulanıb.
Xəbərə görə, bununla əlaqədar olaraq bu gündən etibarən Şimali Koreya iqtidarı ordunu tam hazırlıq vəziyyətinə gətirəcək. O cümlədən artilleriya hissələri, strateji təyinatlı raker hissələri və uzaqvuran artilleriya qüvvələri tam hazırlıq vəziyyətinə gətiriləcək.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya martın 22-də Şimali Koreyanın mümkün provokasiyalarına qarşı birgə hərbi fəaliyyət planı imzalayıb. Planın detalları açıqlanmır, amma mümkün hücum halında iki ölkənin birgə fəaliyyət göstərəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB