CXP-dən İsrailin üzrüylə bağlı ilk dəyərləndirmə

Faruk Loğoğlu: "İsrailin daha inandırıcı və konkret addımlar atmasını istəyirik və gözləyirik"

Cümhuriyyət Xalq Partiyası İsrailin Türkiyədən üzr istəməsini dəyərləndirib. Partiya sədrinin müavini Faruk Loğoğlu parlamentdə verdiyi açıqlamada İsrailin üzr istəməsini müsbət qarşıladıqlarını bildirib.

Loğoğlu İsrailin üzr istəməsinin və təzminat ödəyəcəyini bildirməsinin iki ölkə arasındakı əlaqələrin normallaşmasına müabət təsir edəcəyini söyləyib: "İsrailin bu istiqamətdə daha inandırıcı və konkret addımlar atmasını istəyirik və gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə