Raffi Ovannisyan ölümün 10 metrliyində FOTO

İrəvanın mərkəzində gözlənilməz hadisə baş verib
Raffi Ovannisyan ölümün 10 metrliyində FOTO

Martın 23-də saat 18:00-da naməlum şəxs İrəvanın "Azadlıq" meydanında yüksək səslə qışqıra-qışqıra ənənəvi şənbə konsertində iştirak edən Raffi Ovannisyanın üstünə atılıb. Ermənistan mətbuatı xəbər verir ki, 20 polis potensial qatili Ovannisyana çatmağa 10 metr qalmış saxlayıb.

Seçki qərargahından Raffi Ovannisyana sui-qəsdə cəhd zamanı polisin lazımi köməklik göstərmədiyi və vətəndaşların təhlükəsizliyini təmin etmədiyi bildirilir. Həmçinin polisdən açılmış cinayət işinin bütün detalları ilə ictimaiyyəti məlumatlandırmaq tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə