Ankarada genişmiqyaslı terror əməliyyatı davam edir

Ankarada genişmiqyaslı terror əməliyyatı davam edir

Ankarada bu gün sabah saatlarında terror təşkilatı DHKP-C-ni hədəfə alan terror əməliyyatı başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sabah saat 05:30 radələrində başlayan əməliyyatda 400 polis iştirak edir. Ankarada 21 ünvana eyni zamanda basqın edən polislərə xüsusi təyinatlılar da dəstək verir.

Vertolyotların havadan dəstək verdiyi əməliyyat davam edir.

Əməliyyat çərçivəsində Liman Həmkarlar İttifaqının baş qərargahında və Ümumi Həmkarlar İttifaqının baş qərargahında da axtarışlar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə