Myanmanın Yamethin şəhərində 2 məscid və 50 ev yandırılıb

Myanmanın Yamethin şəhərində 2 məscid və 50 ev yandırılıb

Myanmada 2 məscid və 50 ev yandırılıb. SİA-nın Myanma dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, müsəlman və buddist qruplar arasında toqquşmaların baş verdiyi Meiktilanın 64 kilometrliyində yerləşən Yamethində 1 məscid və 50 evin bəzi qruplar tərəfindən yandırılıb. Bundan əlavə, Naypyitav bölgəsindəki Levei qəsəbəsində 1 məscid və çox sayda binanın da yandırıldığı qeyd edilib.

Meiktila qəsəbəsində 4 gün əvvəl müsəlmanlarla buddistlər arasındakı toqquşmalarda 5 məscid yandırılıb, 32 nəfər ölüb.

Prezident bölgədə fövqəladə vəziyyət elan edib, təhlükəsizliyə ordu nəzarət etməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə