Baş nazirin maşını yolda qaldı

Kiyevdəki vəziyyəti yoxlayan Nikolay Azarovun maşını qarlı yolda qalıb
Baş nazirin maşını yolda qaldı

Ukraynanın baş naziri Nikolay Azarov ötən gün Kiyevdə yolların qardan təmizlənməsi işlərini yoxlamaq üçün şəhəri gəzərkən yolda qalıb. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, onun maşını Dnepr çayı üzərindəki körpüdə qalıb.

Baş nazir bildirib ki, kommunal xidmətlərin əsas vəzifəsi yolların hərəkət hissəsini qardan təmizləmək və yollarda qalan avtomobillərin çıxarılmasına kömək etməkdir: "Vəziyyət ağırdır. Bura əlavə qüvvə və vəsait, həmçinin maliyyə resursları lazımdır".

Qeyd edək ki, Kiyevdə cümə günündən etibarən dayanmadan qar yağır və Ukrayna paytaxtında fövqəladə vəziyyət elan edilib. Şəhərdə avtomobillərin hərəkət etməsi qeyri-mümkünsüz vəziyyətə gəldiyi üçün əhali əsas nəqliyyat vasitəsi kimi metrodan istifadə edir. Sinoptiklər isə qarın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə