Livanın Baş naziri Nəcib Mikati hökuməti ilə birlikdə istefa verdiyini bildirib. Paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında N. Mikati istefasının səbəbini açıqlayıb.
Onun sözlərinə görə, Livanda iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinin nəticəsində formalaşdırılacaq komissiya məsələsində anlaşılmazlıq yaşanıb və buna görə də hökumət istefa vermək qərarına gəlib.
N.Mikati yeni Nazirlər Kabinetinin milli dialoqla qurulması çağırışını edib və ölkədə getdikcə böyüyən siyasi böhranın yalnız milli dialoqla öz həllini tapa biləcəyini vurğulayıb. Livanın Baş naziri daha əvvəl də iki dəfə istefa vermək niyyətində olduğunu, bunlardan birinin kəşfiyyat rəisi Visam Həsənin sui-qəsd nəticəsində öldürüldüyü vaxt olduğunu da etiraf edib.
Qeyd edək ki, bu gün Nəcib Mikati öz istefa ərizəsini rəsmi şəkildə Livan prezidenti Mişel Süleymana təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB