Moskva və London Suriya probleminin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarıdır
Rusiya və Böyük Britaniya arasında Suriya məsələsində fikir ayrılıqları olsa da, hər iki tərəf problemin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarıdır.
Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Devid Kemeron telefon danışığı zamanı bu cür mövqe ortaya qoyublar.
Məlumatda deyilir ki, beynəlxalq gündəmlə bağlı aparılmış fikir mübadiləsində Suriya məsələsinə daha çox diqqət ayrılıb.
Qeyd olunub ki, Suriya probleminin optimal həll yolu danışıqlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB