Obama fələstinlilərin haqqlarından danışdı

Obama fələstinlilərin haqqlarından danışdı

ABŞ-ın dövlət başçısı Barak Obama ölkəsinin müstəqil və suveren bir Fələstin dövlətinin qurulmasını dəstəklədiyini ifadə edərək: "Nə qədər çətin olursa olsun sülhdən imtina edə bilmərik"-deyib. SİA xəbər verir ki, ötən gün İsrailə gedən Barak Obama oradan da, Ramallaha səfər edib. Səfər çərçivəsində Obama Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşüb. İki saatlıq görüşdən sonra ölkə liderləri birgə mətbuat konfransı keçiriblər.

Konfransda çıxışında Obama bildirib ki, 5 il öncə də Ramallahı ziyarət edib və hazırda da orada olduğundan çox xoşbəxtdir. "Ramallah 5 il ərazində çox inkişaf edib. Mən səfər zamanı buranın həm inkişafını, həm də çətinliklərini görmək imkanı qazandım. 5 il sonra yenə bu şəhərə gəldim. Çünki ABŞ müstəqil və suveren bir Fələstin dövləti görmək arzusundadır. Hər bir fələstinli daha azad, daha etibarlı və parlaq gələcəyə sahib olmalıdır. Bu onların haqqlarıdır"-deyə Obama qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə